amon

amon Xəbərlər 12-04-2017, 13:31

"Sovetski"də məscid sökülməsinə etiraz edənlər saxlanıldı, baş nazirin müavini ərazidə

"Sovetski"də məscid sökülməsinə etiraz edənlər saxlanıldı, baş nazirin müavini ərazidə
"Sovetski"də məscid sökülməsinə etiraz edənlər saxlanıldı, baş nazirin müavini ərazidəBakıda məscid sökülür. Yasamalda "Sovetski" adlanan ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün ətrafına ağır texnika və polis əməkdaşları cəlb edilib. Məscidin söküntüsü ərazidə yaşayan sakinlərin böyük narazılığı ilə müşahidə olunur. Söküntüyə etiraz edənlər arasında qadınlar da var.

"Sovetski"nin bir qrup kişi sakinləri məscidin birinci, qadınlar isə ikinci mərtəbəsinə daxil olaraq, onun söküntüsünün qarşısını almağa çalışırlar. Məlumata görə, bir neçə nəfər polis tərəfindən saxlanılıb. 

İstiPress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hal-hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri polis əməkdaşlarının müşayiəti ilə məscidin içərisində müdafiəyə qalxan vətəndaşlarla danışıqlar aparır. Hadisəni işıqlandıran jurnalistlər isə ərazidən uzaqlaşdırılıb.

Əraziyə Yasamal rayon icra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və baş nazirin müavini Yaqub Eyyubov da gəlib. 

Qeyd edək ki, Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərinə ötən il başlanılmışdı. Lakin etirazlardan sonra söküntü işləri dayandırılmışdı.

12:20

Bu dəqiqələrdə Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib.

Loading.Az-ın verdiyi xəbərə görə, məscidin içərisindən çıxmayan inanclı insanlar məscidin sökülməsinə qarşıdırlar. Şahidlərin bildirdiklərinə görə, polis tərəfindən saxlanılanlar da var.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. 

mənbə: qaynarinfo

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
619 617 539 632 594 565

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.