amon

amon Xəbərlər 12-04-2017, 13:34

4 ay sonra meyiti tapılan neftçi dəfn edildi

4 ay sonra meyiti tapılan neftçi dəfn edildi
4 ay sonra meyiti tapılan neftçi dəfn edildiDənizdən meyiti tapılan neftçi Cavid Bəhramov doğulduğu Qaradağ rayonunun Qobustan qəsəbəsində dəfn edilib.

Loading.az-ın məlumatına görə, ötən ilin dekabr ayında üzərində neftçilərin olduğu estakadanın dənizə uçması nəticəsində itkin düşən 1967-ci il təvəllüdlü Cavid Bəhramovun meyiti aprelin 9-da tapılmışdı. 

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İndiyə qədər doqquz nəfərin meyiti tapılıb:

Operator İlham Qafarov (faciədən dərhal sonra),

Həsənağa Hacıəliyev - Sahil qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü (fevralın 1-də)

1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də)

1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də)

1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də) 

1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov (martın 13-də)

Maşinist Güloğlan Zülfüqarov (martın 20-i)

Operator Azay Zülfüqarov (aprelin 6-ı)

1967-ci il təvəllüdlü Cavid Bəhramov (9 aprel)

Dekabr ayında baş verən faciənin bir qurbanı - operator Samir Əsədovun meyiti qalıb. 

mənbə: istipress

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
585 540 493 499 477 530

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.