Türkiyəli iş adamının arvadı olan İradə Bakıya qayıdır
Ailə qurduqdan sonra türkiyəyə köçən müğənni İradə İbrahimova Bakıya qayıdır.BiG.AZ xəbər verir ki, sənətçi bildirib ki, artıq yaradıcılığı ilə ciddi məşğul olacaq.
İ.İbrahimova övladlarına qayınanasının baxacağını söyləyib:
“Burada övladlarımı etibar edəcəyim insan qayınanamdır. Bilirəm ki, o, uşaqlarıma çox yaxşı baxır. Hazırda İstanbulda yoxdur. Onun qayıtmasını gözləyirəm. Bakıya gəlib, sənətimdə qaldığım yerdən davam edəcəyəm. Burada yeni fotosessiya da etdirəcəyəm. Gövhər Həsənzadədən mahnılar almışam. Hazırda aranjimandadır. Deyirlər, mayda heç nə etməzlər, toy olmur. Mənim üçün belə bir məhdudiyyət yoxdur. Verilişlərə də çıxacam, mahnılar da təqdim edəcəyəm. Bacardığım qədər ailəmə də vaxt ayıracağam”.
Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzerlə evli olan İ.İbrahimovanın İpək adlı qızı, Əli adlı oğlu var.







