amon

amon Xəbərlər 24-05-2017, 23:15

Qadınları Türkiyədə satan Səkinə məhkəmə qarşısında

Qadınları Türkiyədə satan Səkinə məhkəmə qarşısında
Qadınları Türkiyədə satan Səkinə məhkəmə qarşısındaAzərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Loading.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, ibtidai istintaq zamanı Səkinə Zamanovanın barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. Prokuror təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə baxışı mayın 31-ə təyin edilib. Qeyd edək ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanova saxlanılıb və onun barəsində cinayət işi başlanıb. O, ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Bursa və İstanbul şəhərlərinə aparıb. Orada qadınları pul ödənişi müqabilində kişi müştərilərlə görüşdürüb, insan alveri edərək, pul qazanıb. Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb. (Lent.az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 585 472 533 504 551

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.