DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Münasibətlər 3-03-2022, 16:40

Sevgilinlə barışmaq istəyirsən?

Sevgilinlə barışmaq istəyirsən?

1. Özünüzə qarşı səmimi davranın

Keçmiş sevgilinizlə barışmaq istəyirsinizsə, ilk öncə bunu nə üçün istədiyinizə 100 % əmin olun. Onun üçün həqiqətənmi darıxırsınız, ya boş günlərinizdə təklik sizi sıxır? Əgər sadəcə onunla olanda öyrəşdiyiniz nələrsə üçün darıxırsınızsa, bu zaman onunla barışsanız belə, bir müddət sonra yenə eyni vəziyyətə qayıdacaqsınız.

2. İlk öncə dost olduğunuza əmin olun

Ən böyük sevgi dostluqdan başlayar deyirlər. Yaşadığınız ayrılıqlarınız ona bu gözlə, dost kimi baxmanıza mane ola bilər. Buna görə ayrılsanız da, birgə vaxt keçirin, dost kimi görüşün, əylənin, bir-birinizə dost kimi davranın.

3. Aranızdakı problemi açıq şəkildə müzakirə edin

Ayrılmanızın səbəbi müxtəlif şeylər ola bilər. Mübahisə etmədən aranızdakı bu problemi müzakirə etməlisiniz. Danışmaq hər iki tərəfə də müsbət təsir edəcək.

4. Sakit davranın

Sevgilinizi çox sevirsinizsə, barışmaq ərəfəsində sakit olmağın faydası var. Bi-birinizi yaxşı tanıdığınızı düşünsəniz də, amma inanın ki, ayrılıq dönəmində xasiyyətiniz xeyli dəyişilib. Bir-birinizə vaxt verin.

5. Uzaqlaşmağa, ayrılığı qəbul etməyə hazır olun

Barışmağa istəklisiniz və "nə olursa olsun sevgilimlə barışım", - deyirsiniz. Ancaq ola bilər ki, barışıb yenidən dalaşasınız. Buna görə barışmağa çalışmadan öncə hər şeyi yaxşı düşünüb qərar verin. Bəlkə də ayrılığı qəbul edib getmək daha xeyirlisidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
570 506 515 498 570 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.