"Qanuni evli deyiləm, amma ailəm var" - Nurlan Növrəsli
Əməkdar artist Nurlan Növrəsli ailəli olduğunu deyib. Loading.Az-ın məlumatına görə, həmkarı Abbas Bağırovun toyunda iştirak edən müğənni “Xəzər Maqazin”ə açıqlamasında şəxsi həyatından danışıb:
“Qanuni evli deyiləm, amma ailəm var. Mən özümü subay hesab eləmirəm. Çünki həyatım bir az subaylıqdan qırağa çıxıb. Siz məni subay bilirsiniz, amma rahat şəkildə artıq mənə belə deməyə bilərsiniz”.
Xatırladaq ki, Nurlan Növrəsli apreldə ailə qurmağa hazırlaşdığını demişdi”. (big.az)







