amon

amon Xəbərlər 4-06-2017, 14:30

"İntihar etməyə gedirəm" - yazıb, yoxa çıxan uşağın MEYİTİ TAPILDI

"İntihar etməyə gedirəm" - yazıb, yoxa çıxan uşağın MEYİTİ TAPILDI
"İntihar etməyə gedirəm" - yazıb, yoxa çıxan uşağın MEYİTİ TAPILDIİki gün əvvəl hasarlarına “intihar etməyə gedirəm” yazan 10 yaşlı Saatlı rayonu, Qaralar kənd sakini Fərəcov Etibar Ramil oğlunun cəsədi bu gün FHN-in dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalından tapılıb.

LOADING.AZ FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, uşağın cəsədi batdığı ehtimal olunan yerdən təxminən 3 km aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” - yazaraq yoxa çıxmışdı. Uşağın ayaqqabısının bir tayı evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalının yanında tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunurdu və elə o vaxtdan da Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunaraq intensiv axtarışlar aparılırdı.

Saatlı rayonunda azyaşlı kanala düşüb.
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində 1 azyaşlının suya düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarışlar davam etdirilir, əlavə məlumat veriləcək.(big.az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 567 542 495 520 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.