#Bu gün səni gördüm
- Bu gün səni gördüm,bilirsən,heç dəyişməmisən. Mümkünsə,heç dəyişmə də. Hər zaman ilk və sonum olaraq qal. Hər zaman səni sevmə səbəblərim eyni olsun,çünki səni hərhalınla sevirəm. Özəlliklə də gülüşünü,gülərkən gözlərinin ətrafında yaranan kiçik-kiçik qıyığları,yerişini hər birini ayrı-ayrı. Bilirsən? Artıq səni uzağdan sevməkdən bezmirəm,məsafələrə inad sevirəm. Bəzən göz-gözə gələndə belə aramızdakı o buzdan dağları hiss edə bilirəm,hə, o yayın cırhacırında bütün ruhumu titrədəcək qədər soyuq olub aramıza girən dağlar. Boş ver,artıq onların da öz gözəlliyi var. Eşq güclü olanın qazanmadığı tək yermiş ,varsın,qazanmayım,sənin varlığın hərşeyə dəyər.





