aynure

aynure İdman 5-04-2022, 16:00

Çempionlar Liqası: İngiltərə və İspaniya çempionları üz-üzə - AFİŞA

Çempionlar Liqası: İngiltərə və İspaniya çempionları üz-üzə - AFİŞA


Çempionlar Liqası: İngiltərə və İspaniya çempionları üz-üzə - AFİŞABu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

LoaDinG.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Madrid "Atletiko"su İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Komandalar rəsmi matçlarda ilk dəfə üz-üzə gələcəklər. Bu görüş son İngiltərə və İspaniya çempionlarının qarşılaşması kimi maraqla gözlənilir.

Gecənin digər matçında "Benfika" Lissabonda turnirin favoritlərindən sayılan "Liverpul"u qəbul edəcək. Komandalar sonuncu dəfə 2010-cu ildə qarşılaşıblar. Həmin matç UEFA Avropa Liqasının 1/4 finalı çərçivəsində baş tutub. 2010-cu il aprelin 2-də baş tutmuş Lissabondakı ilk görüşdə "Benfika" paraqvaylı hücumçusu Oskar Kardosonun penaltidən vurduğu qollarla 2:1 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, bu komandaların Çempionlar Liqasındakı son qarşılaşmasında da "Benfika" adlı-sanlı rəqibini məğlub edib. 2006-cı il martın 8-də Portuqaliya komandası Liverpulda 2:0 qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

5 aprel

23:00 "Mançester Siti" (İngiltərə) – "Atletiko" (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Oynamayacaqlar: Ruben Dias, Benjamen Mendi, Kalum Palmer (hər üçü "Mançester Siti"), Yanik Karrasko, Xose Ximenes, Ektor Erera (hər üçü "Atletiko")

23:00 "Benfika" (Portuqaliya) – "Liverpul" (İngiltərə)

Baş hakim: Xesus Xil Mansano (İspaniya)

Oynamayacaqlar: Lukas Verisimo, Rodriqo Pinyo (hər ikisi "Benfika")

Oynayacağı sual altında olan: Nabi Keyta ("Liverpul")

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
631 602 594 486 518 577

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.