n2006

n2006 Mətbəx 17-04-2022, 13:00

Paştet və Hamburgerlər Üçün Ləziz Sous-Soğan Marmeladı

Paştet və Hamburgerlər Üçün Ləziz Sous-Soğan Marmeladı
Soğan marmeladına konfitür və ya mürəbbə də deyilir. Mahiyyət eynidir – bu nə marmelad deyil, nə mürəbbə, nə də konfitür. Bu sousdur. Adətən qırmızı soğandan hazırlanır. Soğan marmeladı paştetlə, kotletlə və ya yumşaq kifli pendirlə yeyilir, tez-tez burgerlərə əlavə edilir. LoaDinG.Az paştet və hamburgerlər üçün soğan marmeladının reseptini təqdim edir.

Paştet və Hamburgerlər Üçün Soğan Marmeladının tərkibi:
2 kq qırmızı soğan
1 stəkan qırmızı şərab
8 xörək qaşığı şərab sirkəsi
100 qr bal
150 qr şəkər tozu
100 ml bitki yağı
istiot zövqə görə
üyüdülmüş keşniş toxumu
Paştet və Hamburgerlər Üçün Soğan Marmeladının hazırlanma qaydası:
Soğanları soyun və böyük yarım halqalar formasında doğrayın. Tavaya bitki yağı töküb ocağa qoyun. Yağa bir çimdik üyüdülmüş keşniş toxumu əlavə edin. Daha sonra soğanı əlavə edib 5 dəqiqə qarışdıraraq qovurun. Tavanın qapağını örtüb, yanmaması üçün ocağı azaldın və arabir qarışdıraraq yağda 5-7 dəqiqə bişirin. Sonra duz, istiot, şərab, şəkər tozu, bal və şərab sirkəsi əlavə edib qarışdırın. Ocağı minimuma endirib vaxtaşırı qarışdıraraq 45 dəqiqə qaynadın. Marmeladı istədiyiniz konsistensiyaya gətirin və hazırdır.

Əlavə qeyd:
Konfitür üçün şirin bir soğan götürmək yaxşıdır. Ağ və ya qırmızı, fərq etməz. Sadəcə qırmızı soğana qırmızı şərab, ağa isə ağ şərab əlavə edin.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
553 535 507 563 505 478

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.