n2006

n2006 Mətbəx 10-05-2022, 15:30

Qəfil Gələn Qonaq Üçün 15 Dəqiqəyə Doyurucu Salat

Qəfil Gələn Qonaq Üçün 15 Dəqiqəyə Doyurucu Salat
Cəmi 15 dəqiqəyə süfrə üçün dadlı və doyurucu bir salat hazırlaya bilərsiniz. LoaDinG.Az qəfil gələn qonaq üçün 5 məhsulla doyurucu salatın reseptini təqdim edir.

Qəfil Gələn Qonaq Üçün 15 Dəqiqəyə Doyurucu Salatın tərkibi:
420 qr konservləşdirilmiş şampinyon göbələyi
3 ədəd təzə xiyar
250-400 qr toyuq filesi
250-300 qr marinə edilmiş qarğıdalı dənəsi
mayonez
Qəfil Gələn Qonaq Üçün 15 Dəqiqəyə Doyurucu Salatın hazırlanma qaydası:
İlk öncə toyuq filesini təxminən duzlu suda bişirib soyudun. Salat hazırladıqda vaxtını azaltmaq üçün hazır doğranmış göbələkləri almaq daha asandır. Və ya bütöv halda konservləşdirilmiş göbələkləri almısınzsa zövqə görə doğraya bilərsiniz. Təzə xiyarı samanvari və ya kub formasında doğrayın. Bişib soyuyan toyuq filesini də kub formasında doğrayın və ya didin. Bir qabda doğranmış göbələk, suyu süzülmüş konservləşdirilmiş qarğıdalı dənəsi, təxə xiyar, toyuq filesi və mayonez töküb qarışdırın. Göbələk, qaynadılmış toyuq və mayonezdə kifayət qədər duz varsa, salata duz əlavə etməyin. Hazır salatı süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
639 583 597 581 555 536

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.