n2006

n2006 Mətbəx 19-06-2022, 20:16

12 Saata Mineral Suda Xiyar Turşusu

12 Saata Mineral Suda Xiyar Turşusu
Süfrəmizin ən arzuolunan təamlarından olan xiyar turşusunu yemək üçün 1 ay gözləmək lazım deyil. 12-14 saata az duzlu mineral suda xiyar turşusu hazırlaya bilərsiniz. LoaDinG.Az mineral suda xiyar turşusunun reseptini təqdim edir.

Tərkibi:

1 kq xırda xiyar
1 litr qazlı mineral su
2 xörək qaşığı duz
3 diş sarımsaq
1 dəstə şüyüd
Hazırlanma qaydası:

Xiyarları və şüyüdü yuyub suyunu süzün. Bankanın dibinə şüyüdün yarısını yerləşdirin. Yuyulmuş xiyarların hər iki tərəfini kəsin. Şüyüdün üzərindən xıyarları sıx yerləşdirin. Xiyarın üstünə şüyüdün ikinci yarısını və xırda doğranmış sarımsağı qoyun. Ayrı qabda duzu mineral suda həll edin. Hazırladığınız duzlu suyu xiyarların üzərinə əlavə edin. Su xiyarların üstünü örtməlidir. Bankanın qapağını bağlayıb soyuducuya yerləşdirin. Xiyar turşusu 12 -14 saatdan sonra hazırdır.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 556 490 419 416 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.