♔Kraliça♔

♔Kraliça♔ Hekayələr 18-06-2017, 22:21

Həyat, problemlər

Həyat, problemlər
Həyat, problemlər 
Həyat bəzən ayaqları əngəlli olan bir uşağın pəncərə kənarından küçədə oynayan uşaqları izləməsi kimidir. O qədər acı davranır ki. Həm də bu həyat deyilən şeyin əli çox açıqdır. Bir dərd verincə bəs etmir ona. Verdimi tam verir problemi. Nə o elə 1-2 problem?! Saymağı unutduracaq qədər problemin olmasa bunların adı "problem" olmazki zatən. Fəqət bəzən o uşağın istəyi kimi ayağa qalxmaq istəyir insan. Qalxıb küçəyə atılmaq , başqalarına qarışmaq. Amma küçəyə atıldıqdan sonra bilirsizmi nə olur ? O uşaq gedir özünə yeni dostlar qazanır. "Bu çiçək sənin, bu kəpənək mənim" deyərək gülə-gülə küçə-küçə dolaşır. Sonrasımı? Bir daha gün doğmamaq üzrə gecə köçür şəhərin üstünə. Uşaqlar evlərinə gedir. Özünə seçdiyi ən yaxın dostu belə uşağı küçədə tərk edir..."Sabahlar həmişə var" deyirsiz ya. Mənsə deyirəm: " içim gecə olduqdan sonra günəşin doğmasının nə anlamı var?!" . Bax buna "həyat" deyirsiz siz. Mənsə günahı insanlarda görürəm. Fəqət mən də insanam. Günah elə özümdədir. Bəzən əngəlli bir uşaq kimi pəncərə kənarından izləmək gərək həyatı. İzləyəsən ki biləsən, kim kimi yıxır, kimi kimi aldadır, kim səni yada salır, sən kimdə nə qədərsən, kim səndə nə qədərdi. İzləyəsən ki biləsən "həyat" adlandırılan tapmacanın həllini. Həə, az qala unutmuşdum. Onu da xatırlamaq gərək ki, siz tapmacanı çözdüyünüzü zənn etdiyiniz an həyat şərtləri dəyişir və sizi yeni bir tapmaca ilə üz-üzə qoyur. Çünki onun adı "həyatdır". Çünki onun anlamı "ağrıdır"

Redaktə Etdi : VaGuE

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
586 589 632 583 635 593

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.