Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Elçin Əzizov
Azərbaycanın (bariton) opera müğənnisi, 2008-ci ildən Böyük teatrın solisti, Azərbaycanın xalq artisti (2018) Elçin Yaşar oğlu Əzizov – 13 avqust 1975-ci ildə Bakıda anadan olub. Moskvada Böyük teatrın ilk azərbaycanlı solistidir. Əzizovun 4 aprel 1992-ci ildə 16 yaşı olanda, o Bakı məktəbləri arasında keçirilən КВН-də (şən və hazırcavablar klubu) iştirak etdi. Münsiflər heyətinin tərkibində “Bakılı oğlanlar” komandasının kapitanı Anar Məmmədxanov (1970-2011) da var idi. O, Əzizovun çıxışını bəyəndi və oyun başa çatan kimi Elçinə yaxınlaşıb: “aprelin 8-də bizimlə Moskvaya uçursan” dedi. Eyni ildə “Bakılı oğlanlar” komandası КВН-nin Ali liqasının çempionu, 1993-cü ildə isə liqanın finalçısı oldu. Ağdərədə döyüşlər gedən zaman hospitaldakı əsgərlərə konsertlər verirdilər.
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldu. Tələbəlik vaxtı hətta restoranda ofisiant işləyib. 1997-ci ildə universiteti «kino rejissoru» ixtisası üzrə bitirdi. 90-ların sonunda çoxlu reklam çarxları çəkmişdir. 2000-ci ildə Elçin Əzizovun da olduğu “Bakılı oğlanlar” komandası Superkubokun sahibi və «XX əsrin ən yaxşı komandası» titulunu qazandı. Komandanın xeyrinə olan həlledici amil tenorlar – Pavarotti (Əzizov), Karreras və Dominqo üçlüyünün parodiyası oldu. Elçin Əzizov “Bakılı oğlanlar” komandasında 2001-ci ilədək çıxış etdi.
2005-ci ildə filarmoniyada Əzizova da ifa etmək təklifini verən dostu, Murad Adıgözəlzadənin disklərindən birinin təqdimatı keçirilirdi, Elçin də filarmoniyada iki hissədən ibarət konsert proqramı ilə çıxış etdi. Həmin ilin yayında Elçini Türkiyəyə dəvət etdilər. O, üç ay 24 seriyalı serialda çəkildi. 2005-ci ildə “Mozarteum” konservatoriyasının (Avstriyanın Almaniya ilə sərhəddində Zalsburq şəhəri, Riçard Millerin sinfi) Yay akademiyasına daxil oldu, 2006-2007-ci illərdə Alessandro Mişaşi ilə məşqlər edib. 2005-2007-ci illərdə Azadə Əliyevanın rəhbərliyi altında Bakı Musiqi Akademiyasının Opera studiyasında təcrübə keçib. 2007-ci ildən Eskamilyo («Karmen» J. Bize) partiyasında debüt etdiyi Qalina Vişnevskaya Opera oxuma mərkəzində (müəllim Badri Maysuradze) təcrübə keçib və oranın solistidir. 2008-ci ildən Böyük teatrın opera truppasının solistidir.
Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 2011-ci ilin sentyabrında Elçin Əzizova Azərbaycan Respublikasının Əməkdar artsti adı verildi. 12 noyabr 2011-ci ildə КВН-nin 50 illiyinə həsr olunmuş yubiley konsertində Elçin Əzizova klubun təbrik mərasiminin açılışını etmək şərəfi verildi. 2018-ci ilin 27 may tarixində Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Elçin Əzizov “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərə görə” Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.
Elçin Əzizov kinoda da çəkilib (Azərbaycan, Rusiya, Türkiyə). Bundan əlavə, o bir neçə filmlərin və teatr tamaşalarının rejissorudur. Əzizov 2009-2016-cı illərdə “Birinci kanalda” yayımlanan «Достояние республики» televerilişinin iştirakçısı və münsif üzvü olmuşdur.
Jurnalist və yazıçı Cəlil Məmmədquluzadənin nəticəsi olan Həmidə Məlikova rəssamdır və Elçinin həyat yoldaşıdır. Cəmil adlı bir oğlu var.