Alber Kamyu'dan - Aforizmlər
Alber Kamyu'dan - Aforizmlər
- Azadlıq imtiyaz yox, ilk əvvəl məsuliyyət deməkdi.
- Azad o kəsdir ki, yalan danışmağı bacarmır.
- Həyatın ən böyük sualı insanlar arasında necə yaşamalı olmağındır.
- Görürəm ki, insanların çoxu yaşamağın daha onlardan ötrü heç bir dəyər kəsb eləməyinə görə ölür. Və mən burdan belə nəticəyə gəlirəm ki, həyatın mənası ən mühüm məsələdi.
- Məşhər gününü gözləməyin. O hər gün baş verir. Xoşbəxtliyə tələbat mənim üçün insan ürəyinin ən nəcib canatımıdır.
- Nəzarət eləməyə başlayanda vaxt ləng gedir. Və o bizim unutqanlığımızdan istifadə edir.
- Hətta ola bilsin ki, iki zaman mövcuddu; bizim nəzarət etdiyimiz və bizi dəyişən zaman.
- Dünyanın absurdluğunun bəraəti yalnız estetik baxımdan mümkündür.
- Tanrının varlığını inkar etmək hələ o demək deyil ki, heç bir əxlaq da yoxdu.
- Əbədi qayıdış əzabla barışın təzahürüdür.
- Mükəmməllik olmayan yerdə xoşbəxtlik də yoxdu.






