n2006

n2006 Ana və uşaq 27-07-2022, 08:30

Uşaqlar niyə dırnaq yeyir? - Dırnaq yemə xəstəliyi

Uşaqlar niyə dırnaq yeyir? - Dırnaq yemə xəstəliyi
Dırnaq yemə inadkar problemdir və müalicəsi çətindir.
Səbəbi daha çox narahatlıq, stress, ailə daxilində gərginlik, valideyn davranışları, uşağın böyümə tərzi ilə əlaqədardır.
LoaDinG.Az xəbər verir ki, psixiatr Nurəddin Kargı, bu zaman valideynlərin ən çox etdiyi səhvin uşağa hirslənmək olduğunu qeyd edib:
"Uşağa əsəbləşən zaman o, bu hərəkəti etməyə davam edir. Hətta daha çox inadkar davranaraq təkrarlayacaq. Bu səbəbdən övladlarınız dırnaq yediyi zaman "dırnağını yemə" deyə hirslənməyin".
Dırnaq yemə vərdişində ailə faktoru çox mühüm rol oynayır. Mütəxəssis, bunun adətən uşaq yaşlarında meydana çıxdığını bildirib.
Bəs dırnaq yeyən uşağın əsas problemləri nə ola bilər?
Həkimin sözlərinə görə, bu mübahisəli məsələdir. Araşdırılmalı və danışılmalıdır. Kargı, belə zamanlarda "etmə", "əl çək" kimi sözlərin uşaqlara mənfi təsir edəcəyini deyərək valideynlərə tövsiyələr verib:
"Belə davranışlardan uzaq durun. Əvəzinə onları rahatlaşdıracaq sözlərdən üsullardan istifadə edin".
Psixiatr bu xəstəliyin çətin olsa da mümkün olduğunu vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 479 520 484 502 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.