n2006

n2006 Ana və uşaq 28-07-2022, 09:30

Uşağın üstünə qışqırmaq onda bu xəstəlikləri yarada bilər

Uşağın üstünə qışqırmaq onda bu xəstəlikləri yarada bilər
Uşağa qışqırmaq valideyn-övlad münasibətindəki güvənin sarsılmasına səbəb olur.
LoaDinG.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, uşağın üstünə qışqırmaq ona qarşı edilən fiziki zorakılıqla eyni sayılır. Onun üstünə qışqıranda uşaq özünə qapanacaq və valideynləri ilə münasibətində güvən yox olacaq. Alimlər hesab edirlər ki, uşağa bərabərhüquqlu biri kimi yanaşmaq lazımdır. Baş verənlərə yumorla reaksiya verin, həmişə nəyi sevdiyi və nə ilə məşğul olduğu ilə maraqlanın. Uşağı cəzalandırmaq istəyəndə zorakılıq göstərməyin, uşağın üstünə qışqırmayın, ona hər hansı məhdudiyyətlər qoyun.
Mütəxəssislər deyir ki, uşağı incidəndə, ya ona stress yaşadanda onda hormonal dəyişikliklər baş verir, bədəndə iltihab prosesləri başlayır, ürək-damar sistemi əziyyət çəkir. Əgər uşağın üstünə dəfələrlə qışqırıb, səsinizi qaldırırsınızsa, müəyyən zaman sonra da o, elə cavab qaytaracaq. Həm də bu uşaqlar depressiyaya meyilli olurlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
487 539 522 491 493 435

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.