n2006

n2006 Hamiləlik 29-07-2022, 21:30

Hamiləlik testlərindən istifadə edəndə bu səhvlərə yol verməyin. Nəticə səhv olacaq

Hamiləlik testlərindən istifadə edəndə bu səhvlərə yol verməyin. Nəticə səhv olacaq
Müasir hamiləlik testləri çox dəqiqdir. Lakin bəzi adi səhvlər nəticəyə təsir edə bilər.
1. Vaxtı keçmiş testlərdən istifadə etməyin
Saglamolun.az bildirir ki, hamiləlik testini alanda mütləq onun yararlıq müddətinə fikir verin. Vaxtı keçmiş testlər düzgün olmayan nəticə verə bilər.
2. Ucuz testlər səhv nəticə verə bilər
3. Testi səhər edin
Test qanda hamiləlik markeri olan xorionik qonadotropin hormonunu təyin edir. Sidiyin konsentrasiyası yüksək olanda bu hormonun səviyyəsi də yüksək olur ki, test daha dəqiq nəticə göstərir.
4. Testin nəticələri 5 dəqiqə ərzində qiymətləndirilir
Bəzi qadınlar testin nəticəsini saatlarla "gözləyir". Bu səhvdir.
5. Bəzi dərman preparatları testin nəticəsinə təsir edə bilər
Əgər siz sidikqovucu, yuxu dərmanı, trankvilizator, allergiya əleyhinə, sonsuzluğa qarşı preparatları qəbul edirsinizsə, hamiləliyi təyin etmək üçün laboratoriyaya müraciət edin. Bu dərmanların qəbulu ev testlərinin nəticəsinə təsir edə bilər.
6. Testi vaxtından tez etməyin
Bəzi qadınlar testi menstruasiya günündən çox əvvəl edir. Bu da səhvdir. Testi menstruasiya günü edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
547 545 538 513 494 507

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.