n2006

n2006 Ana və uşaq 7-08-2022, 20:00

Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA

Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA
İngiltərədə aparılan bir araşdırmada qadınların fiziki və psixoloji baxımdan hansı yaşda ana olmağa uyğun olduqları ilə bağlı qəribə nəticələr ortaya çıxıb.

"Royal College" Ginekologiya Birliyinin apardığı araşdırmanın nəticəsinə görə, 20-35 yaş arası ana olmaq üçün ən uyğun zamandır. Bu 15 illik zaman içərisində yumurtalığın döllənməsi daha asan olur. Bu yaşda yüksək təzyiq xəstəsi olma ehtimalı az olduğu üçün hamiləlikdə hər hansı bir təhlükəli durumun olması da azdır. Qadın daha enerjili dönəmdə olduğundan yuxu azlığı və ağır rejim anaya o qədər də təsir etmir. Qeysəriyyə kəsiyi ilə doğum etmə ehtiyacı da çox olmur.

Bəs uşaq yetişdirməyin ideal yaşı hansıdır? Aarhus Universitetinin araşdırmasına görə, 30 və daha yuxarı yaşlar ana olmaq üçün daha ideal yaşdır. Danimarkalı qadınlar üzərində aparılan bu araşdırmaya əsasən, gec yaşlarda uşaq sahibi olmaq daha az davranış problem və duyğu dəyişimi deməkdir. Danimarkada övlad sahibi olma yaşı təxminən 30-39-dur.

Təcrübəli, yoxsa enerjili ana?

Araşdırmaçıların fikrincə, daha təcrübəli analar daha bağışlayıcı ola bilirlər. Təcrübəli anaların sözlə, ya da fiziki olaraq uşaqlarına daha az cəza verdikləri ortaya çıxıb. Daha səbrli və daha az qayda istifadə edirlər.

Lakin araşdırmanın məqsədi gec yaşda ana olmağın gözəlliyini təbliğ etmək deyil. Başqa bir açıqlamaya görə isə, daha yaşlı anadan doğulan uşaqlar qavrama bacarığı testlərində, gənc anaların uşaqlarına nisbətən daha yaxşı nəticələr ortaya qoyur. Bu testlər uşaqların irəlidə göstərəcəkləri təhsil uğurları ilə əlaqədar ciddi bir göstərici ola bilir.

Ancaq doğuşda yaşanan problemlər hər nə qədər azalmış olsa da, gec yaşda ana olmaq istəyən qadınlarda ciddi sağlamlıq problemi ortaya çıxa bilir. Əslində gec yaşda ana olmaq daha yaxşı deyil. Ancaq uşağın inkişafına təsir edəcək bir probleminiz yoxdursa, 30 yaşlarında ana olmaqda da bir problem yoxdur əlbəttə. Yəni əslində bu araşdırmadan çıxarılacaq nəticə belədir - 30 yaşındasınızsa, mütləq uşağınıza qarşı daha səbrli olacaqsınız deyə bir qayda yoxdur. Problem yoxdursa, inkişaf da normal irəliləyə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
497 430 505 410 448 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.