Owusu

Owusu Sevgi 14-08-2022, 05:18

Verilməyən azadlığı necə alsınlar?

Verilməyən azadlığı necə alsınlar?
"Mən deyən olmalıdır!
Əgər mən deyən olmazsa, azadlığını əlindən alaram.
Xoşbəxtliyini əlindən alaram!"
< Çoxumuz buna bənzər şərtləri birbaşa ya dolayı eşitmişik. Doğrudan gülünc səslənir. "Mən deyən olmalıdır" nidasını qoyaraq sən onsuz da məni çərçivədə, zəncirdə saxlamırsanmi?

Əlimdən alacağını dediyin o xoşbəxtliyi dadmağa mənə izin vermisənmi heç?!
Sən deyəni edərək, mən sənə xoşbəxtlik daddırmışam. İndi isə zənciri ilk qırışımda onsuz da heç vaxt mənə məxsus olmamış bir şeyi
- azadlığı məndən alacağını deyirsən.

Əgər azadlığım, xoşbəxtliyim yoxdursa, deməli məndən ala biləcəyin heç nə də yoxdur. Çünki məndə olmayan şeyi ala bilməzsən! < 7
Elə isə, niyə də sən deyən olsun?
Niyə sən deyəni edim?
Bax bunu dərk etdiyim andan azadlığım başlayır.
Bax bunu anladığım, gördüyüm, eşitdiyim dəqiqədən azadam!

"İmkanlarını əlindən alarıq, dostlarını, əlaqələrini, işini əlindən alarıq.
Xoşbəxtliyin nədədirsə, onu əlindən alarıq" deyirlər?
Alin, aparın! O şeyi ki, məndən ala bilirsiniz, deməli o heç vaxt mənə məxsus olmayıb.

Bu saatdan sonra mənə məxsus olacaq tək şey - azadlığımdır. Mənə məxsus olacaqlar azadlığımda qazanacaqlarımdır.
Nə ki həqiqətən mənim olub, azadlığımda mənə qayıdacaq!
Mənə vermədiyini özüm qazanacam!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 478 458 442 510 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.