"Yaxşı ki"lərin "kaş ki"lərindən artıq olsun bu həyatda

Əsrlərdir oynanılmasına baxmayaraq, heç bir tamaşaçı səhnəyə atılıb Romeonun zəhərli iksiri içməsinə mane olmayıb. Sonda gəminin batacağı bilindiyi halda,"Titanik"filmi dəfələrlə izlənilib. Bitəcək qorxusuyla eşq'dən qaçsan, həyatdan heç bir dad ala bilməzsən. Çünki, Romeo ölməli, Titanik batmalı, amma eşq, heç nəyə baxmayaraq yaşanmalıdır.
İnsanı ən çox üzən şey, gözləmədikləri insanlar adam olarkən, adam hesab etdiklərinin heç insan da olmamasıdır.
İnsanlar söylədiklərinizi və etdiklərinizi unudar; amma onlara nə hiss etdirdiklərinizi əsla unutmazlar.
Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən.
"Yaxşı ki"lərin "kaş ki"lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz.
Adam Fauer (1970) Amerikalı yazıçı






