n2006

n2006 özünü 😲 təəccüblənmiş hiss edir. Maraqlı 3-09-2022, 14:00

Şirlər haqqında maraqlı məlumatlar

Şirlər haqqında maraqlı məlumatlar
Şir yırtıcı heyvanlar arasında ən kiçik ürəyə malik heyvandır.

Bununla belə şir hər zaman mərdlik, şücaət və qorxmazlıq simvolu sayılıb.

Şirlər haqqında maraqlı məlumatlar

Şirin caynaqları 7 sm-ə qədər uzana bilir.

Şirlər iki yaşına qədər nərildəyə bilmirlər.

Gecələr şirlər insandan 6 dəfə yaxşı görə bilirlər.

Şirlər haqqında maraqlı məlumatlar

Şirlər saylarına görə, Yer üzündə yayılmış yırtıcı heyvanlar arasında giyenalardan (kaftar) sonra ikinci yerdə durur.

Şirlərin dişləri iri olsada, onlar qidalarını çeynəmədən böyük hissəciklərlə udurlar.

Şirlər yatmağı çox sevirlər. Onlar sutkanın orta hesabla 20 saatını yuxuda keçirirlər.

Şirlər haqqında maraqlı məlumatlar

Şirlər bir-birlərinə qarşı mehriban olurlar. Görüşdükləri zaman üzlərini bir birinə sürtərək bir birini salamlayırlar.

Şir balaları dünyaya gələndə 1-2 kq arası çəkidə olurlar. Gözlərini isə 11-ci gündə aça bilirlər. Yeni dünyaya gəlmiş şir balaları 15-ci gün yeriyə

bilirlər.

Şirlər haqqında maraqlı məlumatlar

Dünyaya gəlmiş balaları təkcə öz anası deyil, həmçinin dəstədə olan digər südverən dişi şirlər də yedizdirirlər.

Şirlərin üzlərini insanın barmaq izləri ilə müqayisə etmək olar. Təbiətdə eyni üz çizgiləri olan şirlərə rast gəlmək mümkün deyil.

Şirlər haqqında maraqlı məlumatlar

Böyük şirlərdə 30 diş olur, insanda isə bu say 32-dir.

Əgər şir ac deyilsə, istənilən heyvan şirin yanında belə rahatca gəzişə bilərlər. Çünki şirlər yalnız ac olduqları vaxt ov edirlər.

Şirlər orta hesabla 14-16 il ömür sürürlər. Lakin, qəfəsdə və yaxud heyvanxanalarda bu rəqəm 11 ili ötmür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
826 910 706 762 699 708

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.