ice berg

ice berg Programlar 23-10-2022, 23:00

"Whatsapp"dan qrup zəngləri ilə bağlı YENİ FUNKSİYA

"Whatsapp"dan qrup zəngləri ilə bağlı YENİ FUNKSİYA
Tezliklə bütün WhatsApp istifadəçiləri üçün yeni funksiya əlçatan olacaq

LoaDinG.aZ xəbər verir ki, bu barədə "Android Police" portalı məlumat yayıb. Yenilik səsli və video qrup zəngləri üçün dəvət linklərindən ibarətdir.

Məlumata görə, istifadəçi istənilən qrup zənginə keçid yarada biləcək. Bununla da iştirakçılara asanlıqla oraya qoşulmaq imkanı yaranacaq. Link yaratmaq "Zənglər" bölməsində mümkün olacaq. Onu həm "WhatsApp"ın özündə, həm də digər proqramların və mesencer proqramlarının köməyi ilə göndərmək olar.

Portal yazıb ki, "WhatsApp"da dəvət linklərinin yaranması mesenceri tam hüquqlu səsli konfrans vasitəsi olmağa bir addım yaxınlaşdırır. "WhatsApp"da qrup zənglərinin maksimum həcminin 32 nəfərə qədər artırılacağı barədə son açıqlama da bunu deməyə əsas verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 556 562 515 535 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.