Atalar yaxşı deyib...
Atalar yaxşı deyib...
Mövzu muxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir.
Loading.az atalar sözlərini təqdim edir:
- Adam olmayan başqalarını adam saymaz.
- Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.
- Adam yanıla-yanıla öyrənir.
- Az bilmək istəmirsənsə, çox oxu.
- Fikirdən iti gedən şey yoxdur.
- Çox aş ya qarın ağrıdar, ya baş.
- Sənət, insan üçün xəzinədir.
- Uzaqlaşmaq, yaxınlaşmaq üçün vasitədir.
- Düzlük, xoşbəxtliyin açarıdır.
- Söz, həyatın bəzəyidir.
- İstədiyini deyən, istəmədiyini eşidər.
- Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
- Paxıl olmasan, dərdin olmaz.






