n2006

n2006 Ana və uşaq 24-12-2022, 14:38

Körpələr nəyə gülür?

Körpələr nəyə gülür?
Yəqin, hamı razılaşar ki, gülümsəyən, yaxud gülən körpələr son dərəcə gözəl, pozitiv mənzərədir! Amma maraqlıdır: körpələr nəyə gülürlər – axı onların şüuru hələ formalaşmayıb və yumor hissindən söhbət də gedə bilməz!

Londondakı Birkberk Universitetinin (London Birkbeck University) alimləri müəyyən ediblər ki, körpələrin 90%-i iki ayı tamam olana qədər gülməyə başlayırlar. Oğlan uşaqları gündə təxminən 50 dəfə, qızlar 37 dəfə gülür. Ancaq nəyə?

– Gülüş – təkcə emosional yox, həm də sosial hadisədir. Yəni gülüşlə insan ətrafdakılara müəyyən siqnallar ötürür,- deyə araşdırma qrupunun rəhbəri, professor Kaspar Eddimən (Caspar Addyman) bildirib.

Onun sözlərinə görə, gülüş – körpə üçün ətrafa siqnal ötürmənin bir yoludur. Belə ki, körpənin problemi olanda (aclıq, ağrı, qorxu…) o, bunu ağlamaqla, hər şeyin yaxşı olduğunu isə gülməklə xəbər verir.

– Yəni körpə gülümsəməklə valideynlərinə siqnal ötürür ki, hər şey indiki kimi davam etsin, bu cür olanda yaxşıdır,- deyə Eddimən vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 462 394 445 424 445

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.