melek21

melek21 Xəbərlər 22-07-2017, 17:50

Azərbaycan Kooperasiya Universitetində baş verən yanğında 4 müəllim və 5 abituriyent tüstüdən zəhərlənib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı məlumat açıqlayıb.

LOADING.AZ FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya Kollecinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***
14:25

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

Loading.Az xəbər verir ki, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar - Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir. (APA)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 576 612 538 513 576

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.