Musayev

Musayev Avto Dünya 3-01-2023, 17:30

"Toyota" katalizator oğrularına çarə tapdı

"Toyota" katalizator oğrularına çarə tapdı
Azərbaycanda avtomobillərin katalizatorunun çıxarılması təəssüf ki normaya çevrilib. Taksidə istifdaə eidlən ucuz maşınlarda isə bu detal demək olar ki yoxdur.
Dünyanın əksər ölkələrində katalizator oğurluğu adi hala çevrilib. Bu detalın tərkibindəki nadir metal rodiumun 1 qramının qiyməti 700 manaı keçir. Artıq ABŞ, Britaniya və Fransa kimi ölkələrdə katalizator oğrularının şəbəkəsi yaranıb. Çarəni isə Toyota şirkəti tapıb.
Şirkət Prius modelləri üçün katalizator qoruyucu hazırlayıb. Alüminium vıə və polad ərintisindən hazırlanan detal hazırda istismarda olan bütün Prius modellərinə montaj edilə bilir. Detalın qiyməti ABŞ-da140 dollardır, montaj haqqı ölkəyə görə dəyişir.
Priusun katalizatorunun qiymətinə gəlincə, Avropada bu detal təxminən 2500 avrodur. Onun çıxarılması isə qanunla qadağandır. Bu səbəbdən müştəri sayının kifayət qədər olacağı məlumdur.
Yeri gəlmişkən, yanvar ayından Avropada Prius 5 modelinin satışı başlayacaq. Qitədə yalnız doldurulabilən hibrid versiyası təqdim olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 480 432 416 425 447

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.