n2006

n2006 Kişilər 5-01-2023, 09:45

Balacaboy kişilər və kök qadınlar az qazanır

Balacaboy kişilər və kök qadınlar az qazanır
Ekseter universitetinin alimləri Harvard tibb məktəbinin əməkdaşları ilə birlikdə 120 min britaniyalının genetik materialını analiz ediblər.
Təcrübələrin nəticəsi olaraq balacaboy kişilərin və kök qadınların onlardan daha hündür və zərif olan həmcinslərinə nisbətən orta hesabla 2,1 min dollar daha az qazandıqları üzə çıxıb.
Alimlərin işi insanın fiziki parametrlərinin onun sosial-iqtisadi statuslarına birbaşa təsir etdiyini sərgiləyib.
Hətta eyni təhsil və professional vərdişlərə malik balacaboy və hündürboy kişilər arasında da sonuncular daha çox pul qazanırlar.
Alimlərin fikrincə, bu tendensiyaya səbəb qeyri-ideal bədən ölüçlərinin insanlarda natamamlıq kompleksi yaratması və onların karyera pilləsində irəliləyə bilməməsinə yol açdığını düşünməkdir.
Digər tərəfdən rəhbərliyin diskriminasiyası və cəmiyyətdə oturuşmuş stereotiplər də buna mane ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
578 553 502 551 493 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.