n2006

n2006 Körpəyə qulluq 9-01-2023, 23:00

8 aylıq uşağın inkişafı

8 aylıq uşağın inkişafı
8 aylıq körpənin inkişafı çox sürətlə gedir.

Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir.


LoaDinG.Az 8 aylıq körpənin xüsusiyyətlərini və bacarıqları ilə sizi tanış edir:

- 8 aylıq körpənin təxmini çəkisi 8,7 – 9,5 kq, boyu 70-71.2 sm olmalıdır.

- Artıq çoxlu sayda müxtəlif əşyaları müəyyən edir. Ətrafdakı hər şeylə maraqlanır. Özüdə qarşısına düşən hər şeyin dərhal dadına baxmağa çalışır.

- Diqqəti hələ dağınıqdır, o tez-tez məşquliyyətindən yayına bilər. Amma, bu mərhələdə, o, yarımçıq qalan işinə qayıtmağı, öyrənməyə başlayır.

- Yolunda duran maneənləri, bütün mümkün üsullarla aradan qaldırmağa çalışır.

- Bəzi uşaqlar bu ayda sərbəst qalxa, dəstək ilə gəzə bilirlər, böyüklərin köməyi olmadan oturub və ya uzana bilirlər. Dəstəyi olmadan oturaq vəziyyətdən ayağa dura bilirlər.

- Artıq fəal və çox sürətlə iməkləyirlər.

- Əşyalarla yaxşı idarə etməyi bacarır, məsələn, qapağı açıb bağlayır, piramid oyuncağını toplayır.

- Sadə “ver”, “al”, “get” kimi xahişlərə reaksiya verir.

- Daim bəzi hecaları ucadan təkrarlayır. Halbuki o, onları müqayisə edə bilmir.

- Böyüklərin xahişi ilə əl yelləyərək, vidalaşa bilir.

- “Olmaz” sözünün mənasını aydın başa düşür, amma hələ ona itaət etmir.

- Tanış və özgə insanları, hətta öz və yad əşyaları fərqləndirir. Şəkillərdə özünkülərini tanıya bilir.

- Onu kəskin və gurultulu səslər qorxudur.

- Xırdalanmış yemək yeyir. Yumşaq qida məhsullarını dişləyə bilər.

- Bu yaşda daxili baş beyin zonası fəal inkişaf edir və formalaşır. Bu dövr, danışıq və hərkət funksiyasının yaxşılaşdırılması üçün çox mühüm bir dövrdür. İndi o, ətrafdakıların davranışını təqlid etməyə çalışır: qaşıqla yeməyə, fincandan içməyə, balışda yatmağa və s. çalışır. Bu, ona sosial mədəniyyətin bir hissəsi olmağa kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
559 487 420 499 428 486

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.