n2006

n2006 Körpəyə qulluq 9-01-2023, 22:30

10 aylıq körpənin inkişafı

10 aylıq körpənin inkişafı
10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır.

LoaDinG.Az 10 aylıq uşağın bəzi xüsusiyyətləri ilə sizi tanış edir:


- 10 aylıq körpənin təxmini çəkisi 9,5 – 10,5 kq, boyu isə 70 – 73 sm olmalıdır.

- Dişlər çıxmağa davam edir. Onuncu ayın sonu körpənin 4 dişi ola bilər.

- Əzələ tonusu yaxşılaşır, uşağın hərəkəti daha da koordinasiya halına gəlir.

- Körpə ayaqüstə qalxır və dəstəyi olmadan dayana bilir. Əgər onun əlindən tutsaq, hərəkət etməyə cəhd edəcək. Bəzi körpələr divar boyunca gəzə, dayanma mövqeyindən dəstəyi olmadan sərbəst otura bilirlər.

- Əşyaları iki əli ilə yaxşı tuta bilir. Zamanla körpə bir əlinə üstünlük verəcək. Körpənin islətdiyi əlinin istifadəsini dəyişmək, məsləhət edilmir.

- Böyüklərin hərəkətlərini kopyalayır, şkafın qapılarını açıb bağlayır.

- Topu, göstərdiyiniz yerə atıb, arxasınca hərəkət edə bilir.

- Yuxarıda sadalanan bacarıqları nəzərə alaraq, valideynlər körpənin təhlükəsizliyindən hər zaman xəbardar olmalıdırlar. 10 aylıq körpəyə divandan və ya yataqdan necə düşməyi, öyrədilməlidir. Bunu etmək üçün, dəfələrlə körpəyə düzgün düşməyin yolunu göstərməlisiniz.

- Bir neçə sadə sözləri təkrarlaya bilir.

- Bəzi əşyaların nəyə lazım olduğunu anlayır. Məsələn, cib telefonunu qalağına, qaşığı ağızına çəkə bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
439 498 443 439 427 426

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.