Musayev

Musayev İdman 12-01-2023, 19:37

“Neftçi”nin serblərlə yoxlama oyunu ləğv olundu

“Neftçi”nin serblərlə yoxlama oyunu ləğv olundu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin bir yoxlama görüşü ləğv olunub.

LoaDinG.Az xəbər verir ki, Bakı təmsilçisinin yanvarın 15-də Serbiya təmsilçisi “Baçka Topola” ilə keçirməsi planlaşdırılan oyun baş tutmayacaq.

Buna səbəb həmin gün komandanın Polşa “Medz Leqnisa”sı ilə üz-üzə gəlməsidir. Məşqçilər korpusu futbolçuların zədələnmə ehtimalını nəzərə alaraq, matçın ləğvinə qərar veriblər.

Qeyd edək ki, Türkiyədəki ilk yoxlama görüşündə Macarıstan “Vaşaş”ı ilə (1:1) heç-heçə edən “Neftçi” yanvarın 19-dakı son qarşılaşmasında Serbiya klubu “Srvena Zvezda” ilə üz-üzə gələcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 414 407 389 376 433

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.