Musayev

Musayev Aforizm 13-01-2023, 16:43

Qarışıq Aforizmlər

Qarışıq Aforizmlər
Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur. (Mustafa Kamal Atatürk)
Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. (Mustafa Kamal Atatürk)
Ataların var-dövləti çox vaxt övladlara bədbəxtlik gətirir. (Cübran)
Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. (Cübran)
Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir. (Cübran)
Ağzı tapança, dodaqları lülə, sözləri gecə gülləsi! (Kiçik İsgəndər)
Azadlıq bir vəzifədir, bir haqq deyil. (Benito Mussolini)
Aslan kimi bir gün yaşamaq, yüz il qoyun olaraq yaşamaqdan daha yaxşıdır. (Benito Mussolini)
Ağıl əmr edəni dil bəyan edər. (Xaqani)
Aşiq olmuş kişi, aciz bir səhnəyə bənzəyir. (Aqata Kristi)
Almazı ancaq almaz cilalaya bilər. (Heyne)
Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır. (Fyodor Dostoyevski)
Ağıl çatışmayan yerdə heç nə çatışmır. (Corc Sevil Qalifaks)
Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə. (Mirzə Fətəli Axundov)
Arzularına sərhəd qoymayan insan azad ola bilməz. (Epiktet)
Ayaqsız bir uşağa rast gələnə qədər ayaqqabısız olduğum üçün kədərlənirdim. (Anatol Frans)
Arzular həyata məna verir. (Anatol Frans)
Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir. (Pittak)
Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. (Emil Zolya)
Ana - həyatın sonsuzluğudur. (Emil Zolya)
Amerikanlar demokratiyanı qurtarmaq üçün okeanın o biri tərəfinə keçərlər. Amma səs vermək üçün yolun qarşısına belə keçməzlər. (Bill Klinton)
Aclıq, nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar. (Daniel Defo)
Asandırmı bir anda hər şeydən imtina edib getmək, yoxsa hər şeyə baxmayaraq getməkdən imtina edib sevməkmi gərək? (Özdəmir Asaf)
Aclıq insanı öldürən, partiyaları yaşadan bir hadisədir. (Özdəmir Asaf)
Alçalan insanların yüksələn qiymətlərindən uzaq dururam. (Murathan Mungan)
Ağrı verirsə keçmiş; keçməmiş deməkdir.. (Murathan Mungan)
Adamları öyrətmək onları öyrənməkdən asandır. (Fransua de Laroşfuko)
Aldadılmanın ən yaxşı yolu, özünü hər kəsdən hiyləgər sanmaqdır. (Fransua de Laroşfuko)
Az amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. (Fransua de Laroşfuko)
Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə. (Avraam Linkoln)
Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol. (Avraam Linkoln)
Ağlatdığın bir qadının gözyaşlarını ya o an silərsən, ya da o gözyaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. (Anton Çexov)
Ağıllı öyrənməyi, axmaq isə öyrətməyi xoşlayır. (Anton Çexov)
Ağıl məhəbbətdən yaranır, ancaq
Məhəbbət dərk etmir ağlın sözünü. (Uilyam Şekspir)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
672 630 635 628 666 602

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.