n2006

n2006 Avto Dünya 17-01-2023, 18:12

Dünyada elektriklə işləyən maşınları alanlar çoxalır

Dünyada elektriklə işləyən maşınları alanlar çoxalır
2022-ci ildə elektriklə işləyən avtomobillərin qlobal satışları əhəmiyyətli dərəcədə artıb: onların ümumi illik avtomobil satışlarında payı 10 faizə yaxınlaşıb.

LoaDinG.Az bildirir ki, bu barədə “İnterfaks“ agentliyi LMC Automotive və EV-Volumes.com analitik şirkətlərinin məlumatlarına istinadən məlumat yayıb.

Beləliklə, tam elektriklə işləyən avtomobillərin satışı əvvəlki illə müqayisədə 68 faiz artaraq 7,8 milyon ədədə çatıb.

Avropada elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı 11, Çində isə 19 faiz təşkil edib.

2022-ci ildə Avropa bazarındakı avtomobil satışlarının cəmi 20,3 faizni elektrik avtomobilləri, eləcə də hibrid avtomobillər təşkil edib.

Alman Avtomobil Sənayesi Assosiasiyasının məlumatına görə, ötən il Almaniyada elektrik mühərrikli avtomobillər bütün avtomobil istehsalının 25 faizini təşkil edib. Dekabrda onların Almaniyadakı satışları daxili yanma mühərrikli avtomobillərin satışını üstələyib.

Ümumilikdə, qlobal avtomobil satışları keçən il 1 faiz azalaraq 80,6 milyon ədəd təşkil edib. Onlar ABŞ-da 8, Avropada 7, Çində isə 4 faiz artıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 586 488 541 571 589

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.