Ulya

Ulya Şeirlər 26-07-2017, 16:18

Əlvida sevgilim!

Əlvida sevgilim!
Əlvida sevgilim!

Əlvida sevgilim!gedirəm daha,
Ağlayıb sızlama,dönən deyiləm.
Öz səhfin özünə gəldi çox baha,
Bir daha mən səni görən deyiləm...




Əlvida sevgilim!çatdin arzuna,
O,tənha otağin sixacaq səni.
Sevgimi dəyişdin sən ona-buna,
Gün gələr xəyanət yixacaq səni...




Əlvida sevgilim!unut keçmişi,
Göz yaşın heç nəyi dəyişməz inan.
Bilməzdim oyunmuş dünyanın işi,
Mən oldum sonunda alışıb-yanan...




Əlvida sevgilim!soldu çiçəklər,
Sənli xatirələr keçmişdə qaldı.
Oxşadi telini əsən küləklər,
Fələk həyatımdan acı pay aldı...



Əlvida Sevgilim!buda son vida,
Üzünü çevirmə,dik tut başini.
Geriyə baxmadan deyək Əlvida,
Axidaq doyunca gözün yaşını...



Redaktə etdi: Lola

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
742 751 649 630 704 667

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.