n2006

n2006 Avto Dünya 27-01-2023, 13:45

Nyu-Yorkda avtomobil səsinə qarşı mübarizə güclənir

Nyu-Yorkda avtomobil səsinə qarşı mübarizə güclənir
Nyu-York şəhərində avtomobil və motosikletlərin səs səviyyəsini ölçən yol hərəkəti kameralarının tətbiqini genişləndirmək planlaşdırılır.

LoadinG.az xəbər verir ki, yeni sistemin işlədiyi bir il ərzində yol verilən səs normalarını aşan 71 sürücü cərimələnib. Yol kənarlarındakı kameralarda quraşdırılmış səsölçən cihazlar qaydaları pozan avtomobillərin dövlət nömrə nişanlarını qeydə alır. Avtomobil sahibləri birinci səs-küy pozuntusuna görə 800 dollar, təkrar pozuntuya görə isə 2625 dollar cərimələnir.

Avtomobil və motosikletlərin aşırı səsi Nyu-York üçün problemə çevrilib. Şəhərin hakimiyyət orqanları hesab edir ki, yeni sistemin tətbiqi avtomobillərdə səsboğucuların qanunsuz modifikasiyasına qarşı mübarizə işinə kömək göstərəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 538 384 417 465 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.