n2006

n2006 Avto Dünya 27-01-2023, 14:14

Çinin “Tesla”sına Almaniyada reklam qadağası

Çinin “Tesla”sına Almaniyada reklam qadağası
Çinin lüks elektromobil istehsalçısı hesab edilən “Nio” şirkəti Almaniyada problemlə qarşılaşıb.
LoaDinG.Az xəbər verir ki, “Audi” şirkəti çinli istehsalçını məhkəməyə verib. Çinin “Tesla”sı adlandırılan “Nio” şirkəti satışa çıxardığı 2 modelin adına görə Audinin qəzəbinə gəlib.
Audinin menecerləri hesab edirlər ki, çin markasının ES6 və ES8 modellərinin adları alman şirkətinin S6 və S8 modelləri ilə oxşardır. Buna görə də istehlakçılar modelləri sə\hv sala bilər.
İşə baxan Almaniya məhkəməsi Nionun hər 2 modelinin ölkədə reklamını qadağan edib. Qadağaya əməl olunmadığı təqdirdə şirkəti 250 000 avro cərimə və nümayəndəliyin rəhbərini həbs gözləyir. Nio qərardan apellyasiya şikayəti versə də, avropalı ekspertlər sözügedən modellərin bazara başqa adla çıxacağını deyirlər.
Ümumiyyətlə, avtomobil bazarında rebrendinq tam normal prosesdir. Məsələn, bizim “VAZ-2107” kimi tanıdığımız model vaxtilə Sovet İttifaqından kənarda “Lada Toscani”, “Lada Riva”, “Lada Estate” adları ilə satılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 475 440 456 458 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.