n2006

n2006 Sağlamlıq 31-01-2023, 13:00

Böyrəklərdə daşları yığan əsas 5 QİDA

Böyrəklərdə daşları yığan əsas 5 QİDA
Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır.

LoaDinG.Az bildirir ki, bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s.


Həmçinin düzgün olmayan qidalanma, bəzi qidaların həddindən çox qəbulu də böyrək daşı xəstəliyinin inkişafına səbəb ola bilər. Böyrəklərdə daşların əmələ gəlməsinə bu kimi qidalar səbəb ola bilər:

- İspanaq, turşəng

Bu göyərtilər oksalat duzları ilə zəngindir. Oksalatlar böyrəklərdə yığılaraq daşlar əmələ gətirir. Böyrəklərdə yığılan daşların 80%-ni məhz oksalat daşları təşkil edir.

Bundan əlavə kələm, çuğundur, krəviz və çiyələk də oksalatlarla zəngindir.

- Süd

Süd böyrəklərdə fosfat daşların yığılmasına səbəb olur.

- Qırmızı ət, heyvanın qaraciyəri, böyrəyi, beyini, ət bulyonları

Zülallarla zəngin olan ətin həddindən artıq miqdarda qəbulu böyrəklərdə urat daşların əmələ gəlməsinə səbəb ola bilər.

- Şəkər, şirniyyatlar, şirin un məmulatları

Bu kimi məhsullar sidikdə kalsiumun artmasına və sidik kisəsi, sidik axarları və böyrəklərdə kalsiumdan daşların əmələ gəlməsinə səbəb olur.

- Çay, qəhvə, şirin qazlı içkilər

Bu içkilərin həddindən artıq miqdarda qəbulu sidikdə oksalatların artmasına və daşların yaranmasına səbəb olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 468 409 462 417 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.