ice berg

ice berg İslam Dini 11-02-2023, 10:00

Dünya sevgisi

Dünya sevgisi
Ey əziz qardaş, dünya sevgisindən uzaq ol! Çünki dünya sevgisi bütün xətaların səbəbidir. ("Usulul-kafi" c.2, sə.238) Yalnız dünyanı hədəfləyən insanın əməli fasiq olar.

Dünya insana ölümdən sonrakı həyat üçün verilən bir şansdır, yəni dünyanın faydası ölümdən sonra başlayır. İnsan savab və axirət səmərəsi üçün dünya tələb etməlidir. Çünki axirət dünyası yaşadığımız bu dünya kimi deyildir. Həmçinin, insan bu dünyadan yaşamaq üçün zəruri olan miqdarda istifadə etməli, özünün suyi və camalını qorumalıdır. Belə əməllər saleh əməllərdən hesab olunur. ("Əxlaq" seyid Abdullah Şübbər, səh.211)
Bil ki, dünya dəniz suyu kimidir. Susuz insan hər dəfə ondan içdikdə yenidən içmək istər və sonda içdiyi su onu öldürər. ("Usulul-Kafi" c.2, səh.810, "Əxlaq", Seyid Abdullah şübbər, səh.215)
Həmçinin, dünya zahiri bəzəkli, naxışlı və yumşaq bir ilan kimidir ki, batini öldürücü zəhərlə doludur.("Əxlaq" Seyid Abdullah şübbər, səh.214) Fəsadın həddi-hüdudu isə yoxdur.
Allah-Təala Musa (ə)-a vəhy edərək buyurur:
"Ey Musa, bil ki, bütün fitnələrin toxumu dünya sevgisidir" ("Biharul-Ənvar" c.123, səh..351)
Rəsulullah (s)-dan nəql edilən rəvayətdə buyurur:
"Ən böyük günah düyna sevgisidir"
"Dünya sevgisi bütün haramların kökü və bütün günahların başlanğıcısıdır" ("Kənzul-Ummal" 6074-cü hədis, "Tənbihul-xavatir" səh.362)
Əmirəl-möminin (ə)-dan nəql edilən rəvayətlərdə buyurur:
"Dünya sevgisi fitnələrin başı və bəlaların köküdür".
"Bəlaların səbəbi dünya sevgisidir"
"Sənə zərər verən dünya sevgisi ilə Allah dərgahına yaxınlaşa bilməzsən".
"Dünya sevgisi dini zay edər və yəqini aradan aparar". ("Ğurarul-hikəm" səh.139)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
638 696 657 574 672 630

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.