Kəpəkli saçlara bu maska ilə həmişəlik son qoyacaqsınız
Saçda kəpək narahatedici bir vəziyyətdir. Kəpəyin yaranmasına səbəb saç diblərindəki bir sıra problemlərdir. Kəpəyin qarşısını almaq üçün aspirinli saç maskasını təqdim edirik. Hər saçlarınızı yuyanda 2 aspirini əzərək istifadə edəcəyiniz qədər şampuna əlavə edin. Aspirin qarışımlı şampunla saçınızı yuyun. Sonda normal (aspirinsiz) şampunla saçınızı şampunlayın. Bu proseduru hər dəfə saçlarınızı yuduqda istifadə edə bilərsiniz. Qısa müddətdə kəpəksiz saçlara sahib olacaqsınız.







