KiBirLi_PrenS.

KiBirLi_PrenS. Aforizm 6-03-2023, 19:30

Bağışlamaq

Bağışlamaq
Bağışlamaq özümə verdiyim ən böyük hədiyyəmdir, mən bağışlayıram və özümü azad edirəm. - Louise L. Hay

Bəzən başqalarını bağışlamaq kifayət etmir. Bəzən insan özünü bağışlamağı bacarmalıdır. - Ataol Behramoğlu

Başqalarını bağışlamaq ruhi rahatlıq və sağlamlıq üçün vacibdir. Sağlam və xoşbəxt olmaq istəyirsənsə, səni incidən hər kəsi bağışlamalısan. - Cozef Mörfi

Kişilər unudar, amma heç vaxt bağışlamazlar; qadınlar bağışlayar, amma heç vaxt unutmazlar. - Robert Cordan

Kim bağışlasa, Allah da onu bağışlayar. Kim qəzəbini udsa, Allah onun mükafatını verər. - Hədis-i Şərif

Üç şeydən yorulmuşam: ağlamaqdan, bağışlamaqdan və xəyal etməkdən. - Ceyhun Yılmaz

Bir-birimizi bağışlamaqdan əvvəl bir-birimizi başa düşməliyik. Emma Qoldman

Düşmənlərinizi bağışlayın, heç bir şey onları bu qədər narahat etməz. - Oskar Uayld
Günahkardan qisas almaq ədalət, onu bağışlamaqsa fəzilətdir. Molla Cami

Nə qədər çox insan tanısam, bir o qədər çox insanı bağışlayıram. - Konfutsi

Bağışlamaq keçmişi dəyişdirmir, amma gələcəyə yol açır. - Paul Boese

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
538 621 546 511 523 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.