Avtomobilin Xususiyyetleri
Avtomobilləri xarakterizə edən əsas xüsusiyyətlər funksional, istehlak xüsusiyyətləri və ictimai təhlükəsizlik səviyyəsidir. Avtomobillərin öz əsas funksiyasını (sərnişin, yük, avadanlıq daşımaq) səmərəli yerinə yetirməsi onların nəqliyyat vasitəsi kimi funksional xüsusiyyətidir. Bu xüsusiyyətlərə dartı-sürətlənmə və tormozlanma, idarəolunma, dayanıqlıq, yanacaq qənaətliliyi, manevretmə, keçicilik qabiliyyəti, hərəkət səlisliyi və s. daxildir.
İstehlak xüsusiyyətləri sürücü və sərnişini qane edən rahatlıq səviyyəsi (qızdırıcı, kondisioner, iqlim nəzarətçisi və s.), audiosistemin keyfiyyəti, servointiqal (elektrik şüşəqaldırıcılar, qapıların məsafədən kilidlənməsi və s.), salonun üzlük materialının keyfiyyəti, ətraf mühitlə əlaqə qurğularının (telefon, televizor, naviqasiya sistemi) olması, xarici görünüşü, dəbə uyğunluğu və s.-dir.
Avtomobilin ictimai təhlükəsizlik səviyyəsini (aktiv, passiv, qəzadan sonrakı və ekoloji) təmin edən vasitələr dövlət tərəfindən tənzimlənir və avtomobilin xəttə buraxılmasından əvvəl, eləcə də bütün istismar müddətində ona nəzarət edilir. Aktiv təhlükəsizlik vasitələri (məsələn: sükan idarəsinin gücləndiriciləri) yol-nəqliyyat hadisələrinin başvermə ehtimalının azaldılmasına, passiv təhlükəsizlik vasitələri (təhlükəsizlik kəmərləri, qəza yastıqları) isə hadisələrin nəticələrini yüngülləşdirməyə xidmət edir. Qəzadan sonrakı təhlükəsizlik qəzaya düşmüş avtomobil dayandıqdan sonra qəzanın nəticələrini tez aradan qaldırmaq və yeni qəza vəziyyətinin yaranmasının qarşısını almaq imkanı, ekoloji təhlükəsizlik avtomobilin ətraf mühitə zərərli təsir dərəcəsi ilə xarakterizə olunur.