ice berg

ice berg Avto Dünya 13-03-2023, 22:02

“Mitsubishi” beş ildə 16 yeni model təqdim edəcək

“Mitsubishi” beş ildə 16 yeni model təqdim edəcək

“Mitsubishi Motors” 2030-cu ilə qədər inkişaf planını açıqlayıb. Xüsusilə, şirkətin strategiyası yaxın beş ildə 16 yeni modelin buraxılmasını nəzərdə tutur ki, onlardan doqquzu elektrik avtomobili (hibridlər və ya elektromobillər) olacaq.

LoaDinG.aZ xarici mediaya istinadən bildirir ki, plana daxil olan modellərdən ikisi artıq buraxılıb. Bunlar “Renault Captur”un uyğunlaşdırılmış versiyası olan Avropa bazarı üçün “Mitsubishi ASX”, həmçinin “Mitsubishi Delica Mini” kompakt furqonudur.

Yaponiya şirkəti həmçinin “Mitsubishi XFC” konsept avtomobilini kütləvi istehsala gətirməyi, yeni pikap, iki sıra oturacaqlı avtomobili (hibrid və elektrik) buraxmağı planlaşdırır. “Xpander” modelinin hibrid versiyası da olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
461 468 478 491 445 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.