ice berg

ice berg Ana və uşaq 17-03-2023, 16:00

Uşaqlarda eşitmə problemi nədən yaranır

Uşaqlarda eşitmə problemi nədən yaranır
Maraqlıdır, son dövrlərdə daha da artan uşaqlarda eşitmə probleminin yaranma səbəbi nədir?

LoaDinG.aZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian Mustafa danışıb.

Onun sözlərinə görə, uşaqlarda eşitmə problemi bir neçə səbəbdən yarana bilər:

"Erkən yaşlarda keçirilən virus infeksiyası və yoluxucu xəstəliklərdən sonra eşitmə problemi yaranma riski yüksəkdir. Adətən uşaq xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə olunur. Eyni zamanda, bilmək lazımdır ki, antibiotiklər eşitmə sinirinə toksik təsir göstərir və onların yüksək dozalarda istifadəsi erkən yaşlarda ağıreşitmənin və karlığın yaranmasına səbəb ola bilər.

Yəni, antibiotiklər uşaqlara ehtiyatla təyin olunmalıdır. Digər tərəfdən, uşaqlarda burun tənəffüsünü çətinləşdirən udlaq badamcığının böyüməsi eşitmə qabliyyətinin pozulmasına səbəb olur.Aadenoid adlanan udlaq badamcığı burunudlağa açılan eşitmə borusunun qabağını tutaraq eşitmə probleminə səbəb olur. Yaranmış problem cərrahi müdaxilə ilə aradan qaldırılır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
507 525 473 475 496 442

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.