ice berg

ice berg Programlar 20-03-2023, 23:20

"YouTube Music" oxunan musiqiləri avtomatik endirəcək

"YouTube Music" oxunan musiqiləri avtomatik endirəcək
Son dövrlərdə musiqi dinləmə platformalarından istifadə edənlərin sayı xeyli artıb. "Spotify", "YouTube Music", "Apple Music" və "Deezer" kimi platformalar bir-biri ilə rəqabət apararkən yeni funksiyalar təqdim etməyə davam edir. Nəhayət, "YouTube Music" olduqca faydalı ola biləcək bir seçim təklif etməyə başladı.

LoaDinG.aZ'ın məlumatına görə, "YouTube Music"in yeni seçimi sayəsində oxunan musiqiləri avtomatik olaraq "Android" cihazlarınıza endirə biləcəksiniz. Bu sayədə istifadəçilər daha əvvəl dinlədikləri musiqiləri sonrakı dövrlərdə internetə çıxışı olmasa belə dinləyə biləcəklər.

Ağıllı yükləmə xüsusiyyəti sayəsində 1 GB və ya təxminən 250 musiqi avtomatik olaraq smartfona endiriləcək. Bu funksiyanı aktiv etmək üçün bu addımları yerinə yetirə bilərsiniz:

1) "YouTube Music" tətbiqini açın;

2) Yuxarı sağdakı işarə ilə profil səhifəsinə daxil olun;

3) Parametrlər üzərinə klikləyin;

4) Yükləmələr və yaddaşın üzərinə toxunun;

5) Ağıllı endirmə açarına toxunmaqla aktivləşdirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
449 434 429 385 472 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.