n2006

n2006 Kişilər 27-03-2023, 01:35

Keçəl kişilər daha güclü olur – ARAŞDIRMA

Keçəl kişilər daha güclü olur – ARAŞDIRMA
ABŞ-ın Pensilvaniya Universitetinin araşdırmasına görə, keçəl kişilər saçlı həmcinslərilə müqayisədə daha dominatdır.
Araşdırma qrupunun rəhbəri Albert Mannes “Time” jurnalına açıqlamasında bildirib ki, araşdırmanı 3 mərhələdə gerçəkləşdiriblər. A.Mannesin dediyinə görə, araşdırmanın ilk hissəsində rəyi soruşulanlara fərqli saçlara sahib 60 nəfərin şəkilləri göstərilib. Rəy sorğusuna qatılanların verdiyi ballara müvafiq olaraq bir-birinə yaxın illərdə dünyaya gəlmiş kişilərin keçəl olanları “ən güclü”lər olaraq qiymətləndirilib. İkinci mərhələdə isə sorğuya qatılanlardan eyni kişinin saçlı və saçsız halını göstərən şəkilləri dəyərləndirmələri istənilib.
Nəticələrə görə, kişilərin saçsız görüntüsü saçlı görüntüsünə görə çox daha dominant olaraq qiymətləndirilib. Üçüncü mərhələdə isə anket iştirakçıları deyib ki, əslində onlar keçəl kişilərin daha xarizmatik və güclü olması qənaətindədirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 508 476 421 432 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.