Yeni Jeep Grand Cherokee - azad ruhlu yolsuzluq avtomobili
Məşhur Dünya brendi olan Jeep avtomobillərinin rəsmi dilleri " Avtolüks Azərbaycan " – 5 ci nəsil tamami ilə yenilənmiş Grand Cherokee modelini yerli bazara təqdim etdi. Ən çox mükafat almış bu model SUV sevənləri yenilikləri ilə heyran edib.
Avtomobil tamami ilə yenilənib – rahatlıq sevənlər üçün 5 oturacaqlı qısa versiya və eyni zamanda 5 və 7 oturacaqlı uzun versiya komplektasiyasına ön sərnişin oturacağı qarşısında quraşdırılan monitor əlavə edilmişdir. Həmçinin, avtomatik tənzimlənən yarı aktiv amortizasiyaya malik Jeep-in Quadra-Lift™ pnevmatik asqısı avtomobilə öz seqmentində 28,7 sm-lik ən yüksək klirens və 61 sm dərinliyində su maneəsini asanlıqla aşmağa imkan verir.
Əgər üç sıralı Grand Cherokee L modeli yalnız 294 at gücünə malik 3,6-litrlik V6 Pentastar və 362 at gücünə malik 5,7-litrlik V8 Hemi aqreqatları ilə təklif edilirsə, beş nəfərlik Grand Cherokee modelinin arsenalında 281 at gücü olan 2,0-litrlik dörd silindrli turbo mühərrikə əsaslanan hibrid güc qurğusu mövcuddur. Bu qurğudan Wrangler 4xe modelində də istifadə olunur.
Aktiv təhlükəsizlik sistemlərinin siyahısında 110-dan çox opsiya mövcuddur, lakin piyadaların və velosipedçilərin aşkarlanması funksiyası olan avtomatik əyləcləmə sistemi, adaptiv kruiz-kontrol və zolaqda saxlama funksiyası standart təchizata malikdir.
11-12 mart tarixində Avtolüks Azərbaycan tərəfindən, Şamaxı şəhərinə təşkil olunan "Jeep Tur 2023" iştirakçıları Yeni Jeep Grand Cherokee modelini sınaqdan keçirmək imkanından zövq almışlar.