sonsuz_sevgi

sonsuz_sevgi Ana və uşaq 1-04-2023, 23:30

Körpəniz də musiqi dinləsin!

Körpəniz də musiqi dinləsin!
Araşdırmalar zamanı məlum olmuşdur ki, körpəyə musiqi dinlətmək onun beynində yeni əlaqələrin meydana gəlməsinə səbəb olur.

Dinlədiləcək musiqi seçərkən sakit ritmli, klassik musiqi olmasına diqqət yetirmək lazımdır. Çünki klassik musiqilər körpənizin ürək döyünmələrinə daha çox uyğun gəlir. Sərt, gur və yeknəsək səsli musiqilər körpənin qulağına zərər verə bilər. Körpənin musiqiləri dinləyərkən necə davrandığına fikir verin ki, onun üçün hansı musiqinin daha rahat olduğunu təyin edə və bu musiqilərdən daha çox istifadə edə biləsiniz.

Musiqi körpənin zehni və fiziki inkişafına təsir edir. Ana bətnində musiqi dinləyən körpələr daha uyğun davranış nümayiş etdirirlər. Bu, körpə üçün sonrakı illərdə böyük üstünlükdür.

Musiqi dinləyən körpələr bəzi mahnılarda hərəkətlilik nümayiş etdirirlər və böyüdükcə əl çalmağa, oynamağa, rəqs etməyə başlayırlar. Bu hərəkətlilik körpənin kiçik əzələ və böyük əzələ inkişafını təmin edir. Musiqi körpənin eşitməsinə və danışmasına kömək edir, həmçinin musiqi yaradıcılığına da təsiri var.

Klassik musiqi dinləyən körpələrin daha tez böyüdüyü və stresə üstün gəldikləri bildirilir. Bu musiqi həm də körpənin ürək döyüntülərini nizamlayır, nəfəs alıb-verməsini asanlaşdırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 520 437 445 473 501

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.