KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 11-04-2023, 17:30

Őmuru qisaldan ve uzaldan emeller

Őmuru qisaldan ve uzaldan emeller
Ömrü qısaldan və uzadan əməllərÖlüm o qədər qarışıq məsələlərdəndir ki, bəzən insanı qəflətən yaxalayır. Həyatda olan zaman ölümlə bağlı insan zehnində çox sayda suallar meydana gəlir. Ancaq insan bunu dəqiq bilir ki, həyatın bu həqiqətindən qaçış yoxdur. Hər bir canlı varlıq bir gün onunla üzləşəcəkdir.

İmam Sadiq (ə) buyurur: "İnsanlar öz ömürləri ilə yaşamazdan əvvəl ehsan və yaxşılıqları ilə yaşayarlar. Əcəli çatıb ölməmişdən qabaq isə günahlarına görə ölərlər".

Əcəlin mənası nədir?

Əcəl - insan ölümünün zamanı və ömrünün sonu deməkdir. Əcəl iki cür olur: ani ölüm və qəti ölüm. Qəti və təbii ölüm o ölümdür ki, insanın ölməsi üçün bütün amillər hazırdır və ölüm təbii halda bədənə daxil olur və insan həyatına son verir. Yaşlaşmaq kimi.

Ancaq ani ölüm o ölümdür ki, insan günaha düçar olan zaman təyin edildiyindən də tez bir zamanda ölümə məruz qalır. Quran dəfələrlə bu mövzuya işarə etmişdir.

İmam Sadiq (ə) buyurur: "Qəti olmayan, ani əcəl Allahın istəyi ilə olar. Ancaq qəti əcəl odur ki, Qədr gecəsində gələn Qədr gecəsinə qədər təqdir edilər.

Bəli, budur Allahın kəlamı: "Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər"". ("Yunus" 49).

Ona görə də qəti əcəldə insanın təbii ölümü müəyyən olunmuş olar. O zaman ki, gəlib çatar, heç bir şey qarşısını ala bilməz. Ancaq ani və ya şərti ölüm o ölümdür ki, insan müəyyən günaha düçar olan zaman ölüm vaxtı tezləşər və insanın həyatı sona çatar. Əlbəttə hər iki əcəl insanın təqdiridir ki, yazılar.

Misal üçün insanın təqdirində yazıla bilər ki, əgər bu insan filan yaxşı işi yerinə yetirərsə, əcəli tezləşdirən günahlara batmazsa, 70 il, amma əgər əcəli yaxınlaşdıran günaha batarsa, 30 il yaşayacaqdır.

Ona görə də qəti əcəl mütləqdir, dəyişdirilə bilməz. Ancaq ani əcəl xüsusi şərtlərdən asılı olduğu üçün, onu dəyişdirmək mümkündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
572 596 604 569 572 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.