ice berg

ice berg Programlar 16-04-2023, 18:00

​"WhatsApp"da 3 yeni funksiya - Bu halda xəbərdarlıq alacaqsınız

​"WhatsApp"da 3 yeni funksiya - Bu halda xəbərdarlıq alacaqsınız
"WhatsApp"da məxfilik və təhlükəsizlik səviyyəsini gücləndirmək üçün üç yeni funksiya əlavə olunacaq.

LoaDinG.aZ xəbər verir ki, mesencerin administrasiyası xidmətin yaxın aylarda əlavə olunacağını açıqlayıb. Şirkətdən bildiriblər ki, "WhatsApp" hesabını yeni cihaza köçürərkən artıq istifadəçidən köhnə cihazdakı hərəkəti təsdiqləməsi tələb olunacaq.

"Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız", - deyə mesencerin administrasiyasından bildirilir.

Bundan əlavə, haker hücumundan qorunmaq üçün əlavə tədbirlər barədə məlumat verilir - bu funksiya istifadəçidən heç bir hərəkət tələb etmədən avtomatik işləyəcək.

Həmçinin "WhatsApp"da "Şifrələmə" bölməsində təhlükəsizlik kodlarının yoxlanılması funksiyası olacaq. Bu, istifadəçiyə həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin olmağa kömək edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 488 457 468 460 541

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.