ice berg

ice berg Şeirlər 17-04-2023, 22:30

Ömrümün yağışlı günləri

Ömrümün yağışlı günləri
Ömrümün yağışlı günləri başlar,
Yağışlı günləri başlar ömrümün.
Bu yağan yağışlar, yağan yağışlar,
Bilmirəm, nəyini xoşlar ömrümün?!
…Bu gələn payızın suları soyuq,
Küləkləri hirsli, yağışı incik.
Mənim əllərimin sığalı soyuq,
Sənin gözün yaşlı, baxışın incik.
Düşür çiynimizə payız yarpağı,
Elə bil ölüdü, tabutdan düşür.
Ağaclar hamısı çılpaqdı axı,
Bəlkə düşən yarpaq buluddan düşür.
Bir yalan sevgidən yorulmaq asan,
Bir ölən sevgini diriltmək çətin.
Günəşli günlərdə vurulmaq asan,
Yağışlı günlərdə unutmaq çətin…
…………………………………….
…Yağışlı günlərdə unutmaq çətin,
Günəşli günlərdə vurulmaq asan.
Bir ölən sevgini diriltmək çətin,
Bir yalan sevgidən yorulmaq asan.
Bəlkə düşən yarpaq buluddan düşür,
Ağaclar hamısı çılpaqdı axı.
Elə bil ölüdü, tabutdan düşür,
Düşür çiynimizə payız yarpağı.
Sənin gözün yaşlı, baxışın incik,
Mənim əllərimin sığalı soyuq.
Bu gələn payızın yağışı incik,
Küləkləri hirsli, suları soyuq.

Ramiz Rövşən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
552 637 530 500 527 519

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.